Azərbaycan və Qazaxıstan arasında maliyyə bazarları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün "Twitter" hesabında bildirib.
"Bu gün Astana şəhərində Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşdük. Görüş zamanı iki ölkənin maliyyə bazarları arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində ötən ilin nəticələri barədə fikir mübadiləsi apardıq, ümumilikdə maliyyə institutlarının fəaliyyətinə nəzarət məsələlərinə dair təcrübələri bölüşdük", - deyə o qeyd edib.