Azərbaycanın dövlət sərhədini saxta sənədlə və gizli keçmək istəyənlərin sayı açıqlanıb

18:15 9 Mart 2022

2021-ci il ərzində dövlət sərhədini keçən 3443,8 min şəxs və 953 min nəqliyyat vasitəsi rəsmiləşdirilib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

 

Qeyd olunub ki, onlardan ölkəyə girişdə 1705,4 min nəfər, çıxışda 1738,4 min nəfər, nəqliyyat vasitələrinin girişi 480,0 min, çıxışı isə 473,0 min ədəd avtomobil təşkil edib. Ümumilikdə, 227 nəfər saxta, 4 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd göstərərkən aşkar edilib saxlanılıb və barələrində müvafiq qərarlar qəbul edilib.

 

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 3211 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Xaric olunma faktı üzrə 244 nəfər və ekstradisiya faktı üzrə 62 nəfər qeydə alınıb.

 

 



Xəbər xətti