Rus işğalçıları Kiyevi ələ keçirməyə hazırlaşır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Mövcud məlumatlara görə, düşmən Kiyevi işğal etmək məqsədilə növbəti cəhdə hazırlaşmaq üçün yenidən qruplaşır”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Nazirlik onu da əlavə edib ki, Fastov istiqamətində uğursuz hücumdan sonra rus işğalçıları həmin istiqamətdə hücum əməliyyatlarını bərpa etməyə cəhd edir.