10 min qaçqınımızın olduğu Moldovadakı səfirimiz Qüdsi Osmanov əlindən gələn hər şeyi edir ki, soydaşlarımızın əziyyətləri qismən də olsa, azalsın, çarəsizliklərinə çarə bulunsun.
TV Musavat səfirin dünən Moldovadakı qaçqınlarımızın bir qismi ilə görüşünün və orada danışdıqlarının kiçik bir parçasını izləyicilərimizə təqdim edir. Batmış səsi, yorğun görkəmi ilə səfir Ukraynadan qaçqın düşmüş soydaşlarımızla izahat işləri aparır, onlara mümkün olan təxliyyə sxemini açıqlayır.
Artıq hər kəs Moldivadakı səfirimizin fədakar əməyini, Azərbaycan dövləti adına göstərdiyi sistemli fəaliyyəti təqdirlə qeyd edir.
Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hər şeyini itirmiş, Ukraynadakı bütün həyatını 2-3 çamadana sığışdıraraq, başını götürüb qaçmış soydaşlarımız hazırda Moldovada, Rumıniyada, Polşada və Ukraynanın Qərbində - Lvov şəhərində müvəqqəti qaçqın məskənlərindədir. Onlardan təxminən 1000 nəfərini isə Türkiyə dövləti atəş altından çıxardaraq, İstanbula gətiriblər.
Belə bir fəlakətin içərisində fəaliyyət göstərməyə məcbur qalan Moldova səfirimiz Qüdsi Osmanovun gündəlik həyatından və qaçqınlarımızla içindən cəmi 5 dəqiqəni izləyək: