Gəncədə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

23:44 2 Mart 2023

Gəncənin Nizami Gəncəvi prospektində avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub

"Report"un Qərb bürosunun məlumatına görə, BMW markalı avtomobilin vurması nəticəsində ölən piyada Gəncə şəhər sakini Gülağa Zeynalovdur.

Qeyd edək ki, hadisə martın 1-də qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti