Türkiyədə baş verən zəlzələdə dağılan minlərlə binanın keyfiyyəti araşdırılır.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan iddialara əsasən, Malatyada böyük ziyan dəymiş mənzillərin bir neçəsinin sütunlarında taxta, köpük, kiçik daşlar aşkarlanıb.
Bu, uçmuş digər binaların dağıntıları arasında da görülüb.
Həmin bina sakinləri belə dələduzluğa görə günahkarlarla bağlı qanuni tədbir görülməsini tələb ediblər.