Dünya dəhşətli fəlakətin astanasında: 48 saat sonra...

21:00 9 Mart 2022

Dünya dəhşətli fəlakətin astanasında: 48 saat sonra...

 

Çernobıl Atom Elektrik Stansiyası ehtiyat dizel generatorlarına qoşulacaq. Bu, onun obyektlərini 48 saat enerji ilə təmin edəcək.

 

Bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Tvitter hesabında məlumat verib.

 

“Bundan sonra işlənmiş nüvə yanacağının anbarının soyuducu sistemi söndürüləcək ki, bu da radiasiya sızmasına səbəb olacaq”, - XİN rəhbəri bildirib.

 

O əlavə edib ki, 48 saat ərzində qlobal miqyasda texnogen fəlakət baş verə bilər.

 

“Putin sadəcə olaraq planeti məhv edir”, - Kuleba qeyd edib.

 

Xatırladaq ki, rus işğalçılarının hücumu nəticəsində Çernobıl AES-in enerjisi tamamilə kəsilib.

 

 



Xəbər xətti