"WhatsApp"da yeni funksiya işə salınır - FOTO

12:46 6 Mart 2023

"WhatsApp" istifadəçiləri naməlum nömrələrdən gələn zəngləri səssiz qəbul edə biləcəklər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "WABetaInfo" məlumat yayıb.

Funskiya kənar şəxslərin zənglərini səssiz qəbul etməyə imkan verəcək.

Yeni funksiya istifadəçilərə daxil olan spam zənglərin sayını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Bildirilir ki, buraxılmış və qəbul edilmiş səssiz zənglər "zənglər" siyahısında, eləcə də "bildiriş" bölməsində göstəriləcək.

Yenilik hazırda Android cihazları üçün inkişaf mərhələsindədir.

Yeni funksiyanın istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

 



Xəbər xətti