Almaniya səfiri: "Biz istərdik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun"

18:00 6 Mart 2023

"Biz istərdik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Gəncə şəhərində Vətən müharibəsi zamanı düşmən raketi nəticəsində dağılan əraziyə baş çəkən zaman deyib.

Səfir Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazidə yaşananlardan çox üzüldüyünü bildirib.

"Buradakı məkan onu göstərir ki, müharibə dəhşətli olub. Günahsız mülki insanlar öz yaşadığı evdə atəşə tutularaq həlak olmamalıdır. Onlar müharibənin günahsız qurbanlarıdır. Təəssüflər olsun ki, iki dövlət arasında sülh hələ də bərpa olunmayıb. İstərdik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun və bir daha günahsız insanlar həlak olmasın və hər iki xalq sülh şəraitində yaşasın", - səfir qeyd edib.



Xəbər xətti