Prezident İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, təbrik məktubunda deyilir:
“Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Dövlət başçısı vyetnamlı həmkarına dost Vyetnam xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.