Güclü külək Oğuzda ciddi fəsadlar törədib.
Sitat.info-nun məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib.
Elektrik enerjisinin kəsilməsi nəticəsində ümummilikdə 5000 nəfər işıqsız qalıb.
Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.
//Qafqazinfo