Astarada meşə sahəsindəki yanğın söndürüldü - Video + Yenilənib

09:10 7 Mart 2023

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Sitat.info" xəbər verir ki, dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər sayəsində yanğınların geniş əraziyə yayılmasına imkan verilmədən qarşısı alınıb. Hazırda közərmə ocaqlarının söndürülməsi işləri davam etdirilir.

Yanğınların söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Havanın küləkli olması və bir sıra istiqamətlərdə relyefin mürəkkəbliyi yanğınlarla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğınların tam söndürülməsi tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb

Əlavə məlumat veriləcək.

***

Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə baş vermiş yanğınlar bu gün səhər saatlarında tam söndürülüb.

Bu barədə "Sitat.info"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər iştirak ediblər.



Xəbər xətti