Ukraynada müasir Qərb təyyarələrini idarə edəcək və texniki xidmət göstərəcək ukraynalı pilot və mühəndislərin hazırlanması planlaşdırılır.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.
Yuri İqnat bildirib: "Pilotlarımız həmkarları ilə birlikdə bu təlimin təşkili üçün nə qədər vaxt və vəsait tələb olunduğunu təhlil edəcəklər. Təlimin harada və hansı tip təyyarələrdə keçiriləcəyi məlum deyil, lakin proses davam edir".
Yuri İqnatın sözlərinə görə, bu təlimlə ABŞ ukraynalı pilotların səviyyəsini, həmçinin sovet texnologiyasının Qərb texnologiyalarının idarə edilməsi fəlsəfəsindən nə ilə fərqləndiyini anlamaq istəyir.
Məsələn, onun sözlərinə görə, sovet təyyarələrində idarəetmə çubuğu ortada, müasir təyyarələrdə isə yan tərəfdədir.
Bununla yanaşı Ukraynada təkcə pilotların deyil, həm də təyyarənin istismarı və mühəndislərin hazırlanması üzrə fəaliyyət planı mövcuddur. Həmçinin Ukraynada müasir təyyarələrin qəbulu üçün artıq müvafiq infrastruktur da hazırlanır.
Səid,
Sitat.info