"Rusiya qüvvələri Baxmut şəhərinin demək olar ki, yarısına nəzarət edir.
Asfalt yollar Rusiya qüvvələrinin atəşi altında olduğundan Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri qrup halında kənd yolları ilə şəhərdən qaçmağa çalışırlar.
Sitat.info xəbər verir ki, bu barədə qondarma DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilinin müşaviri Yan Qaqin deyib.
O bildirib ki, Ukrayna tərəfi təslim olub və geri çəkilib:
"Artilleriyamız, texnikamız və qoşunlarımız artıq şəhərdədir. Onlar Artemovsk şəhərinin demək olar ki, yarısına nəzarət edirlər".
Ukrayna Silahlı Qüvvələri itki verib və təslim olub. Ərazidəki asfalt yollar artıq tamamilə Rusiya qüvvələrinin atəşi altındadır".
Məğrur,
Sitat.info