SON DƏQİQƏ: Azərbaycanda idmançıları daşıyan avtobus qəzaya düşdü - YARALILAR VAR (FOTO)

14:29 7 Mart 2023

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Kamaz"la toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /unikal


 



Xəbər xətti