Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millətçi Hərəkət Partiyasının başqanı Dövlət Baxçalı bu gün görüşəcəklər.
Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq görüş Prezident Sarayında keçiriləcək.
Görüşdə zəlzələ zonasındakı son vəziyyət və seçkilərlə bağlı görüləcək işlərin müzakirə olunması gözlənilir.