"Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə Aİ arasında münasibətlər yaradılıb"

19:00 8 Mart 2023

Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlər yaradılıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Egils Levitslə məhdud tərkibdə görüşdə bildirib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirib.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verən Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini deyib.



Xəbər xətti