Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.