Azərbaycanda 45 polis işdən çıxarıldı

16:27 9 Mart 2023

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozduğu üçün cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Sitat.info lent.az-a istinadən xəbər verir ki, etik davranış qaydalarını pozduğu üçün 186 əməkdaşa intizam tənbehi verilib.

Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub, 22-i tutduğu vəzifədən azad edilib,  141-i barəsində digər məsuliyyət tədbirləri görülüb.



Xəbər xətti