Ermənistan Laçın yolunda buraxılış məntəqəsi qurub: Sizə olarsa, bizə niyə olmasın?

16:25 10 Mart 2023

"ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Laçın yolunun başlanğıcında olub. Bu xəbərdən çox erməni saytlarının yayımladığı şəkil diqqətimi çəkib. Şəklə diqqətlə baxanda səfirin arxasında yolun başlanğıcında şlaqbaum və postlar görünür".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Azərbaycanın Laçın yolunda nəzarət-buraxılışı məntəqəsinin əleyhinə təbliğat aparır, müxtəlif dövlətlərə və təşkilatlara şikayət edirlər: "Şəkildən də göründüyü kimi Ermənistan faktiki yolun başlanğıcında qeyri-rəsmi buraxılış məntəqəsi yaradıb. Sizə olarsa, bizə niyə olmasın?".

Nərgiz,

Sİtat.info



Xəbər xətti