Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində seçkilərin başlaması ilə bağlı qərarı imzaladıqdan sonra açıqlama verib.
Sitat.info xəbər verir ki, prezident Ərdoğan Konstitusiyanın 116-cı maddəsinin verdiyi səlahiyyətlə iyunun 18-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin mayın 14-ə çəkməsi ilə bağlı qərarı imzalayıb və bunları deyib:
"Rəsmi Qəzetdə dərc olunacaq bu qərardan sonra Yüksək Seçki Kurulu (YSK) iki aylıq seçki prosesinə başlayacaq. Buna uyğun olaraq millətimiz iki ay sonra ilk bazar günü olan 14 mayda sandıq başına gedəcək, prezident və millət vəkillərini seçmək üçün seçimini edəcək. Qərarımızın ölkəmizə, millətimizə, Türkiyə Böyük Millət Məclisinə və siyasi partiyalarımıza xeyirli olmasını arzu edirəm".
Nərgiz,
Sitat.info