Türkiyədə seçkilərin 2-ci turu nə vaxt keçiriləcək?

17:42 10 Mart 2023

Türkiyədəki prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Şurası məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərarı imzalayıb.



Xəbər xətti