Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Xəsarət alanlardan biri də, Azərbaycan Tibb Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlidir.
“Qafqazinfo”nun məlumatına görə, kriminal hesablaşma ehtimal olunan silahlı insidentdə tələbənin güllə yarası alması müzakirələrə səbəb olub.
Ancaq hadisənin təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntülərini analiz etdiyimiz zaman belə aydın olur ki, Fəqan Rəhimli insident baş verən anda ərazidən təsadüfən bir xanımla keçir. Bu zaman hədəf olan Tamerlan Hüseynov silahlı şəxsi görür və qaçmağa başlayır.
Silahlı şəxs də, Tamerlanı hədəf alan zaman onun atdığı güllələrdən biri tələbə Fəqan Rəhimliyə dəyir və o, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası alır. Bir sözlə, Fəqanın hadisənin təsadüfi qurbanı olduğunu demək olar.