“Bu ədalətsizliyi edib insanların üzünə necə baxırlar, anlamıram” - Video

09:46 11 Mart 2023

Xəbər verdiyimiz kimi, bir müddət öncə tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə vermişdi. Tərəflər arasındakı problem müqavilə öhdəlikləri ilə bağlı yaşanmışdı. 

“Qafqazinfo” xəbər verir ki, məhkəmə ötən gün başa çatıb. Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib.

Bu haqda aktyor özü sosial məlumat yayıb: “Məhkəmə sona çatdı. Bakı Kommersiya Məhkəməsinə sənədlər, sübutlar, yazışmalar, səsli mesajlar təqdim etsək də, məhkəmə ədalətsiz, haqsız qərar verdi. Onların yalan sübutu qəbul olundu. Guya film çəkiblər, gedib çəkilməmişəm və sairə. Çox utandım, çox utancverici şeylər edildi. Bu ədalətsizliyi edib insanların üzünə necə baxırlar, anlamıram”.

 

 



Xəbər xətti