Bu Qarabağda əməliyyatlara səbəb ola bilər – Səfir

15:32 11 Mart 2023

Ermənistan öz silahlı dəstələrini Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonuna daşımaqda davam edir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə Tvitterdə yazıb.

“Bu da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulmasıdır və hərbi əməliyyatların bərpasına səbəb ola bilər” - Hüseynzadə qeyd edib.



Xəbər xətti