Ukraynada sabiq bakılı nazir öldürüldü? -  İDDİA

16:50 10 Mart 2022

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkovda öldürüldüyü barədə xəbər yayılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun Rusiya ordusunun Xarkova endirdiyi hava zərbələri nəticəsində həlak olduğu deyilir. Avakovun ölümü barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində, indiki Rəsulzadə qəsəbəsində anadan olub. O, milliyətcə ermənidir.

 

 



Xəbər xətti