Rusiyadan qaçdığı deyilən Alla Puqaçova: “Qayıdacam... “

17:30 10 Mart 2022

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Rusiyanın Xalq artisti, məşhur müğənni Alla Puqaçovanın ailəsi ilə birlikdə Rusiyadan qaçdığı haqda məlumatlar yayılmışdı. Hazırda uşaqları və əri Maksim Qalkin ilə Latviyada olduğu deyilən müğənni yayılan məlumatlara cavab olaraq öz İnstagram hesabında videomüraciət yayıb.

O, qeyd edib ki, ölkəsindən qaçmayıb, sadəcə istirahət edir: “Tətil, istirahət etmək, müalicə almaq üçün başqa yerə getmək ölkədən köçmək hesab olunmur. Mən qayıdacam, daha sonra danışarıq”.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi başlayan andan bir çox məşhur rusiyalı öz ölkəsini tərk edib.



Xəbər xətti