Qırğız və tacik sərhədçilər yenə toqquşdular - ölən və yaralananlar var

17:45 10 Mart 2022

Martın 10-da səhər saatlarında Qırğızıstan-Tacikistan sərhədinin Batken rayonunun Teskey kəndi yaxınlığında hər iki ölkənin sərhədçiləri arasında güclü silahlı toqquşma baş verib.

SİTAT.İNFO Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, ilkin məlumata görə, toqquşma nəticəsində 1 sərhədçi həlak olub, 30 hərbçi yaralanıb.

Hazırda Qırğızıstan və Tacikistanın sərhəd qurumlarının rəhbərləri arasında danışıqlar aparılır.

Silahlı toqquşmanın baş verdiyi ərazidə sərhədlər müəyyən olunmadığından burada tez-tez müxtəlif səviyyəli qarşıdurmalar baş verir. Bu ərazidə sonuncu silahlı toqquşma bu il yanvarın sonunda olmuşdu.



Xəbər xətti