Ukrayna Azərbaycanlıları Radasının nümayəndələri həm azərbaycanlılara, həm də Ukrayna xalqına, eləcə də ordusuna dəstək verməyə davam edir.
UAR-dan SİTAT.İNFO-ya verilən məlumata görə, Nikolayev şəhərindəki nümayəndə Zaur Ağabəyovun dəstəyi ilə yerli əhaliyə və orduya fasiləsiz yardım edilir.
Hazırda Nikolayev ən qaynar nöqtələrdən biridir. Belə bir zamanda Elşad Babayevin sahibi olduğu restoran azərbaycanlıları, Ukrayna ordusunu, eləcə də özünümüdafiə dəstələrini yeməklə təmin edir.