Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla Qarabağdakı vəziyyəti müzakirə edib.
Sitat.info xəbər verir ki, Kreml Sarayından verilən açıqlamada Putin və Paşinyan arasında telefon danışığının olduğu deyilir.
İclasda Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 2020 və 2022-ci illərdə imzalanmış sazişlərin icrası, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. O cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirə edilib.
Qarabağdakı vəziyyətin də müzakirə olunduğu görüşdə Putin vurğulayıb ki, “ ortaya çıxan bütün problemlər konstruktiv şəkildə, Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətlə həll edilməlidir”.
Nərgiz,
Sitat.info