Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Sitat.info-nun xəbərinə görə, hadisə paytaxtın suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “toyota camry” markalı avtomobillə zığ-hövsan avtomobil yolunda piyada qasımova mehriban yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı suraxanı rayon polis idarəsində cinayət işi başlanılaraq istintaq aparılır.