Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya-Azərbaycan əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə aktual məsələlərinə toxunublar", - diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, bu ilin yanvarında Muxtar Məmmədov diplomatik nümayəndəliyin rəhbəri təyin edilib.