Türkiyədəki zəlzələ zamanı ölən ulduz futbolçu hələ də dəfn edilməyib

10:19 14 Mart 2023

6 fevralda Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə həyatını itirən “Atakaş Hatayspor”un qanalı futbolçusu Kristian Atsu hələ də dəfn edilməyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun dəfn mərasimi 17 martda baş tutacaq.

Atsunun ailəsinin sözçüsü Robert Ann bildirib ki, futbolçu dövlət mərasimi ilə torpağa tapşırılacaq. O vaxtda qədər isə Atsunun evində yas mərasimi davam edəcək.



Xəbər xətti