Suriyadakı rejimin lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.
Sitat.info-nun məlumatına görə, Əsədin təyyarəsi Rusiyanın paytaxtı Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına çatıb.
Əsədi burada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov və rejimin Moskvadakı səfiri Bəşər Cəfəri qarşılayıb.
Kreml Sarayından verilən açıqlamada Əsədin sabah Putinlə görüşəcəyi qeyd edilib.
Bəyanatda bildirilib ki, tərəflər siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün cari məsələləri, həmçinin Suriya və onun ətrafındakı problemlərin hərtərəfli həlli perspektivlərini müzakirə edəcəklər.