Rusiyanın hərbi əməliyyatları başlayandan indiyədək təxminən 7,5 min ukraynalı Fransaya gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin deyib ki, onlardan 3 min nəfəri son iki gündə gəlib. Nazirin sözlərinə görə, hazırda Fransa hakimiyyəti 25 min nəfəri yerləşdirmək gücünə malikdir.
“Biz daha çox insan üçün şərait hazırlamağa çalışırıq ki, onların sayı yaxın günlərdə və ya həftələrdə artacaq, 50 min, bəlkə də 100 min qaçqını qəbul etməyə hazır olmalıyıq”, - nazir qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, son iki həftə ərzində Ukraynanı 2,2 milyondan çox insan tərk edib.