Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib.
Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.