ABŞ və AB əhalisinin əksəriyyəti Ukraynaya silah verilməsini dəstəkləyir

21:30 10 Mart 2022

Qərb ölkələrinin əhalisi Ukraynanın maliyyə və hərbi dəstəyinin artırılmasının tərəfdarıdır.

SİTAT.İNFO xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “Cygnal”, “Gradus” və “Response:AI” təşkilatlarının ABŞ, Böyük Britaniya və Avropada keçirdiyi sorğuda belə bir nəticə ortaya çıxıb.

“Soğru ilə bağlı Qərb ölkələrinin liderlərinə verilən mesaj açıqdır: “daha çox iş görün”, - deyə “Cygnal” mərkəzinin prezidenti Brent Bükenen bildirib.

Lakin Ukraynaya hava və yerüstü dəstəyin göstərilməsi ilə bağlı fikirlər haçalanır.

Qərb ölkələrində Ukrayna üzərində səmanın qapadılmasına verilən dəstəkdə ciddi artış müşahidə olunur. ABŞ-da bu 45%, Böyük Britaniya və AB-də isə 46%-dir. Qarşı çıxanlar təqribən 20% civarındadır.

Avropa respondentlərinin 75%-i Ukraynaya maliyyə, 62%-i silah yardımının göstərilməsinə tərəfdar olduğunu ifadə edib. Sorğuda iştirak edənlərin yalnız 38%-i hərbi cavabın verilməsinin lehinə olduğunu bildirib.

NATO ordusunun müharibədə iştirakına ən az dəstəyin olduğu ölkə Polşadır - cəmi 30%. Lakin Böyük Britaniyada bu rəqəm 42%-ə yüksəlib. Ən maraqlı nəticə İspaniyada görünüb. Burada əhalinn 57%-nin Ukraynaya birbaşa müdaxiləyə dəstək olduğu ortaya çıxıb.



Xəbər xətti