Rusiyanın Rostov şəhərində Federal Təhlükəsizlik Xidmətinin binasında yanğınla nəticələnən partlayış baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində yaralananlar var.
Partlaylışdan sonra baş verən yanğının sahəsi 800 kv.metrə çatıb. Yanğınsöndürənlər partlayış nəticəsində havada uçan qəlpələrdən qorunmaq üçün zirehli gödəkçələr tələb ediblər.
Hadisənin sursat anbarındakı partlayış nəticəsində baş verdiyi bildirilir.
Anbarın olduğu bina tamamilə alov içindədir.
Polis hadisənin baş verdiyi küçəni tam bağlayıb.