Milli Məclisin iclası başladı: hökumət hesabat verir

11:15 17 Mart 2023

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim olunur.

Sitat.info xəbər verir ki, hökumətin hesabatını deputatlar qarşısında Baş nazir Əli Əsədov təqdim edir.

Hesabat təqdim olunandan sonra deputatların müzakirəsi başlayacaq.

X X X

Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan növbəti plenar iclası başlayıb.

Sitat.info xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.

Belə ki, parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

Baş nazir hökumətin 2022-ci ildəki hesabatını deputatlara təqdim edəcək.



Xəbər xətti