Bakıda məhkəmə binasında dava düşüb.
Sitat.info lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayon məhkəməsində qeydə alınıb. Məhkəmənin inzibati binasında baş verən dava zamanı Nazim və Hicran adlı şəxslər Sabirabad rayon sakini Zakir Ağayevi döyüblər.
Faktla bağlı Binəqədi rayon polis idarəsi tərəfindən araşdırma aparılır.