Moskvada keçiriləcək danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin iki birgə bəyanat imzalayacaq, ümumilikdə 10-dan çox sənədin imzalanması planlaşdırılır.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“Birgə sənədlərin imzalanması baş tutacaq, liderlər bu səfərin iki əsas sənədini birbaşa imzalayacaqlar. Rusiya Federasiyası və Çinin yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanatı imzalanacaq. Bu sənəd artıq yüksək səviyyədə işlənib, ayrı-ayrı sözlər razılaşdırılır”, - Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, Putin və Si Sinpin tərəfindən imzalanacaq ikinci sənəd 2030-cu ilə qədər Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrinin inkişafı planına dair birgə bəyanatdır.
“Bu iki sənəddən əlavə, əməkdaşlığın tamamilə fərqli istiqamətləri üzrə hələ çoxlu sənədlər hazırlanıb. 10-dan çox sənəd var, onlar müxtəlif səviyyələrdə hazırdırlar və səfər çərçivəsində imzalanacaq.
Qeyd edək ki, Ukraynaya işğalçı hücumu səbəbindən Qərbin sanksiyalarına məruz qalan Rusiya əsas çıxış yolu kimi Çinə üz tutub. Bu səfər isə Çinin Moskvanın uzatdığı əli tutması deməkdir.
Nərgiz,
Sitat.info