Xankəndi-Laçın yolunda keçən sülhməramlıların 97 avtomobili maneəsiz keçid edib

23:12 17 Mart 2023

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, həmin yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 97-yə çatıb.



Xəbər xətti