Yardımlı rayonunun Bürzünbül kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kvadratmetr sahədə yanıb.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.