Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb

13:56 22 Mart 2023

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti