Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - qəzadan fotolar - VİDEO

19:08 22 Mart 2023

Yol-nəqliyyat hadisəsi nəticəsində tanınmış televiziya prodüseri, rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “ Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb. Oqtay Əliyev isə həyatını itirib.

İlkin məlumata görə,  O. Əliyevin ürəyi tutub. Bu zaman onun idarə etdiyi  “Toyota Lexus” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.




Xəbər xətti