Oqtay Əliyevin qəzadan sonrakı videogörüntüləri yayıldı - VİDEO/FOTO

20:41 22 Mart 2023

Bakı- Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Qurumdan sitat.info-ya bildirilib ki, avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub:

“Nəticədə onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib.

 



Xəbər xətti