Tacikistanda zəlzələ

09:59 23 Mart 2023

Tacikistanda zəlzələ baş verib

 

Martın 23-də Tacikistanda 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 144 min insanın yaşadığı Xucənd şəhərindən 96 km cənub-şərqdə yerləşib. Ocağın 8 km dərinlikdə olduğu bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur

Xatırladaq ki, martın 9-da ölkədə 4,1, daha sonra 4,8 və sonda 5,7 bal gücündə silsilə zəlzələlər qeydə alınıb



Xəbər xətti