Şəhər meri: “400 min Mariupol sakini əsir saxlanılır”

14:07 11 Mart 2022

“Rusiya qoşunları yaşayış məntəqələrini atəşə tutur, humanitar yardımın çatdırılmasına icazə vermir”.

Bu barədə Mariupol meri Vadim Boyçenko danışıb.

“Bəşəriyyətə qarşı dağıdıcı müharibə 15 gündür davam edir. Rusiya qoşunlarının bizə hazırladığı cəhənnəmin ikinci günüdür”, - deyə o bildirib.

V.Boyçenko qeyd edib ki, 400 min Mariupol sakini Rusiya qoşunları tərəfindən əsir saxlanılır, hər gün humanitar dəhlizin açılmasını gözləyirlər.



Xəbər xətti