Bakıda 8 yaşlı uşağı yük avtomobili vuraraq ağır xəsarət yetirib

23:57 23 Mart 2023

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info-nun məlumatına görə, yük avtomobili yolu keçən 2015-ci il təvəllüdlü Süleymanlı D. Q. oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.



Xəbər xətti