Bu motosiklet insanları xilas edəcək

10:51 24 Mart 2023

Əbu-Dabidə insanların həyatını xilas etmək üçün uçan motosiklet buraxılıb.

Sitat.info xəbər verir ki, BƏƏ-nin paytaxtında yeni hoverbike - futuristik uçan motosiklet buraxılıb. O, təhlükəli ərazidə axtarış-xilasetmə əməliyyatlarında insanların həyatını xilas etmək üçün istifadə olunacaq.

Motosiklet Yaponiya istehsalıdır. Yerdən 20 metr hündürlüyə qalxa və 80 km/saat sürətə çata bilir.

Hoverbike aviasiya və kosmik sənayedə istifadə olunan yüksək güclü karbon lifindən hazırlanıb. Onun çəkisi 300 kq-dır və yanacaq doldurulmadan əvvəl maksimum 40 dəqiqəyə qədər sürətlə uça bilir.

Sözügedən qeyri-adi nəqliyyatdan neft və qaz sənayesində, ucqar ərazilərə təcili yardımın çatdırılması və hətta tikinti sektorunda da istifadə oluna bilər.



Xəbər xətti